16 Aprel 2014 11:05
955
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda piyada qadın "VAZ-2107"nin qurbanı olub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, aprelin 15-i saat 16 radələrində, Xəzər rayonu Buzovna qəsəbəsində Bakı şəhər sakinləri Natiq Əliyev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə Sevda İslamovanı vurub. Nəticədə o, aldığı xəsarətlərdən 3 saylı xəstəxanada ölüb.

Faktla bağlı Xəzər rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.


Müəllif:

Oxşar xəbərlər