6 Yanvar 2015 12:19
830
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nərimanov rayon Məhkəməsində oğurluqla məşğul olan 21 yaşlı Qurban Quliyev, 19 yaşlı İlkin Məmmədli, onun əmisi oğlu, 20 yaşlı Tural Məmmədlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, təqsirləndirilən şəxslər Nərimanov rayon Polis İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıblar. Saxlanılan şəxslərin üzərilərinə baxış keçirən polis narkotik maddə olan tiryək aşkar edib.

İstintaq zamanı onların daha bir neçə oğurluq cinayətləri üzə çıxıb. Dəstə üzvləri Nərimanov rayonu ərazisindən “Chevrolet” markalı avtomaşından, içərisində 430 manat, qızıl-zinət əşyaları, şəxsiyyət vəsiqəsi və kosmetik əşya olan əl çantası, F.X.Xoyski prospektində “Mercedes”, daha sonra “VAZ-2107”, “Nissan”, “Lexus”, “Hyundai” markalı avtomobillərdən pul, sənədlər, mobil telefon və digər əşyalar oğurlamaqla, 14 oğurluq cinayəti törədiblər. Ümumilikdə dəstə üzvləri 15-ə yaxın oğurluq cinayətini həyata keçiriblər.

Hakim Turqay Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə İlkin Məmmədov 1 il 6 ay, Qurban Quliyev 2 il 5 ay, Tural Məmmədli 4 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Həmçinin, Qurban Quliyev 500 manat, Tural Məmmədli isə 3000 manat cərimə olunublar.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər