6 Yanvar 2015 16:29
1 055
12 Punto 14 Punto 16 Punto 18 Punto

İmişli rayonunda qətl hadisəsi baş verib.

İmişli rayon prokurorluğundan Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Yalavac kəndində qeydə alınıb.

Kənd sakini Atlıxan Zeynalov münaqişə zəminində həmkəndlisi əvvəllər məhkum olunmuş Emin Usubovu bıçaqlayıb. Emin Usubov aldığı xəsarətdən hadisə yerində ölüb.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Atilxan Zeynalov tutulub.

İstintaq araşdırması zamanı hadisənin söyüş üstündə baş verməsi müəyyən edilib. İmişli rayon prokurorluğunun böyük müstəntiqi Elşad Əzimov Teleqraf.com-a bildirib ki, Emin Usubov hadisədən əvvəl Atlıxan Zeynalovu söyüb. Onun söyüşlərinə dözməyən Atlıxan Zeynalov bıçağa əl atmağa məcbur olub.

Hacı Zeynalov


Müəllif: