Azərbaycanın Goranboy rayonunda zəlzələ baş verib.
Teleqraf.com AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən xəbər verır ki, bu gün 10:44:26-da Gəncədən 41 km cənub-şərqdə Goranboy ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb.
Zəlzələnin maqnitudası 3,5, dərinliyi 10 km olub.