24 İyun 2023 18:40
1 579
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beyləqan rayonunda bir ailənin 4 üzvünün qətlə yetirməkdə şübhəli bilinən Fuad Cəlilzadənin məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fuad Cəlilzadə ömürlük azadlıqdan mərhum edilib.

Qeyd edək ki, qətl hadisədu ötən ilin dekabrın 2-də rayon ərazisində baş verib Fuad Cəlilzadə mübahisə zəminində qonşuları - 1971-ci il təvəllüdlü Tərgül Quliyevanı, onun həyat yoldaşı, 1966-cı il təvəllüdlü Nadir Quliyevi və oğlanları - 1996-cı il təvəllüdlü Amin Quluzadəni və 2002-ci il təvəllüdlü Xəyal Quluzadəni güllələyərək qətlə yetirib.

F.Cəlilzadə odlu silahdan atəş açaraq həmin şəxslərin hər birinə 2 güllə vurub.

Qonşular arasında mübahisəyə səbəb isə torpaq üstündə olub. Onun barəsində Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər