8 Yanvar 2015 10:37
739
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ağır yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü Yaqub Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, 2014-cü ilin iyulun 31-də Xəzər rayonunda ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə Maştağa-Buzovna yolu, Albalılıq adlanan ərazidə qeydə alınıb.

Yaqub Həsənov idarə etdiyi “Mercedes” markalı avtomobilə nəzarəti itirərək onu yol kənarında olan işıq dirəyinə çırpıb. Hadisə nəticəsində avtomobildə olan sərnişin 44 yaşlı Etibar Quliyev ölüb.


Əraziyə təcili yardım avtomaşını gələnə qədər naməlum şəxs “VAZ 21011” markalı avtomobillə yaralını və hadisə nəticəsində dünyasını dəyişən sərnişinin meyitini götürərək oradan uzaqlaşıb. Araşdırmalar zamanı müəyyən edilib ki, qəza sürücünün avtomobili içkili halda yüksək sürətlə idarəetməsi səbəbindən baş verib. Xəzər rayon Polis İdarəsi əməkdaşları tərəfindən aparılan araşdırma zamanı Yaqub Həsənov həbs edilib.

Hakim Eldar Mikayılovun sədrliyin keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Yaqub Həsənov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif: