8 Yanvar 2015 13:11
839
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsindən məlumat verilib.

Məlumata görə, hadisə rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb. Masallı rayon sakini Pərviz Fərəcov bıçaqlanıb. O, kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş Masallı rayon sakini Camal Hüseynov tutulub. Camal Hüseynov əvvəllər məhkumluq həyatı yaşayıb.

Hacı Zeynalov


Müəllif: