5 İyul 2023 15:58
1 501
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabiq deputat Nazim Bəydəmirlinin barəsində həbs qətimkan tədbirini seçilməsi barədə istintaq orqanını təqdimatına baxılıb.

Teleqraf.com xəbər verir ki, Nərmanov rayon Məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyi ilə keçirilən prosesdə istintaq orqanını təqdimatı təmin olunub.

Nazim Bəydəmirlinin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Nazim Bəydəmirli vətəndaşın müraciəti əsasında araşdırmaya cəlb edilib.

Vətəndaş polisə müraciət edərək Nazim Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib. O, cari il iyunun 24-də Nazim Bəydəmirliyə 10 min manat versə də, o, qalan məbləği vermədiyinə görə şikyətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib.

Nazim Bəyrəmirli Cinayət Məcəlləsinin 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov