Şirvan şəhərində əxlaqsızlıq yuvası aşkar olunub. Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Şirvan Şəhər Polis Şöbəsi əməkdaşları tərəfindən Gülnarə Süleymanovanın yaşadığı 20 Yanvar küçəsindəki evində gəlir əldə etmək məqsədi ilə əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov