9 Yanvar 2015 17:29
983
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədliyyə Nazirliyinin Penitensiar Xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsinə qanunsuz əşya keçirilməsinin qarşısı alınıb.

Bu barədə Teleqraf.com-a Penitensiar Xidmətin i ctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Pənah Əhliman oğlu Babayevə Bakı şəhər sakini vətəndaş Rövşən Əli oğlu Ələkbərovun gətirdiyi sovqata baxış keçirilib.

Keçirilən baxış zamanı Rövşən Ələkbərovun gətirdiyi “HOBBY” markalı şampun qabının içərisindən 1ədəd “Nokia-C5” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Pənah Babayev Cinayət Məcəlləsinin 126.2.4 və 221.3 maddələrinə əsasən 7 il müddətinə azadlıqdan məhrum edilib.

Fakt üzrə araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər