27 İyul 2023 09:53
2 343
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağ bölgəsində tədqiqat aparılması üçün ayrılmış külli miqdarda vəsaiti mənimsəməkdə təqsirləndirilən Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun sabiq əməkdaşları, tarixçi alim Səbuhi Hüseynov və həyat yoldaşı Gülüstan İsayevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan prosesdə 39 nəfər şahidin barəsində məcburi gətirilmə qərarı çıxarılıb.

Cinayət işin üzrə 43 nəfər şahid kimi tanınıb. Onlardan cəmi 4-ü məhkəməyə gələrək ifadə verib.

Digər şahidlərə bildiriş göndərilsə də, onlar məhkəmənin çağırışlarına gəlməyiblər.

Məcburi gətiriləcək şahidlər siyahısında Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun sabiq direktoru Maisə Rəhimova və baş mühasib Züriyyə Cəfərova da var.

Məhkəmə şahidlərin məcburi gətirilməsi barədə çıxardığı qərarı icra olunması üçün müvafiq qurumlara göndərib.

İttihama görə, Səbuhi Hüseynov və həyat yoldaşı Gülüstan İsayeva Qarabağ bölgəsində tədqiqat aparılması üçün ayrılmış vəsaitin 92 min 700 manatını mənimsəməkdə təqsirləndirilir.

Səbuhi Hüseynov və Gülüstan Əliyeva barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

Cinayət Məcəlləsinin 179.3.2- ci maddəsi ilə 5 ilə, 308.2-ci maddəsi ilə 7 ilə, 313-cü maddəsi ilə isə 2 ilə qədər cəza nəzərdə tutulub.

Cinayət işi üzrə zərərçəkmiş qismində Azərbaycan Milli Elmlər Akademiyasının Arxelogiya, Etnoqrasiya və Antropoligiya İnstitutu tanınıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər