4 Avqust 2023 17:12
1 775
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hədə-qorxu yolu ilə tələb etmədə təqsirləndirilən iş adamı Vahid Xələfovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs vəkil Osman Kazımovla yeni müqavilə bağlayıb. Vəkil isə işlə tanış olmaq üçün vaxt istəyib.

Daha sonra Vahid Xələfov dövlət tərəfindən təyin olunan vəkildən imtina edib.

Hazırlıq iclasının davamı avqustun 11-nə təyin olunub.

Qeyd edək ki, iş üzrə zərəçkmiş tərəf isə Nazirlər Kabinetinin İşlər İdarəsinin müdiri Hikmət Xəlilovdur.

Vahid Xəlilova qarşı Cinayət Məcəlləsinin 182.4-cü ( Hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Vahid Xələfov tikinti şirkətinin sahibidir.

Tərəflər arasında xeyli vaxtdır tikinti məsələləri ilə bağlı münaqişəli vəziyyət davam edir və məhkəmə çəkişməsi gedir.

Daha əvvəl isə H.Xəlilovla V.Xələfov arasındakı məsələlərlə bağlı bütün məhkəmə instansiyaları, eləcə də Ali Məhkəmə H.Xəlilovun xeyrinə qərar çıxarıb.

Xatırladaq ki, Baş nazir Əli Əsədovun müvafiq sərəncamı ilə Hikmət Xəlilov 2019-cu ildə Nazirlər Kabineti Aparatının İşlər müdiri təyin olunub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər