Bakı polisinin dilənçilərə qarşı əməliyyatları davam etdirilir.
Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, əməliyyat Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin Post Patrul Xidməti Bölüyünün, Nərimanov Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün 18-ci Polis Bölməsinin, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin, 20-ci Polis Bölməsinin 22-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilib.
Keçirilən profilaktiki tədbirlər nəticəsində, paytaxt ərazisində avaralıq və dilənçilik həyat tərzi keçirən 29 nəfər saxlanılıb. Onlardan 7-i kişi, 6-ı qadın, 16-ı azyaşlıdır. Onların barələrində inzibati qaydada tədbir görülüb, qeydiyyatda olduqları rayonlara göndərilməsi təmin edilib.
Hacı Zeynalov