Abşeron rayonunda intihara cəhd hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə Məmmədli qəsəbəsində qeydə alınıb.
1992-ci il təvəllüdlü Əhmədov Elnur İmamverdi oğlu yaşadığı evdə özünü asıb.
Yaxınları onu xilas edərək xəstəxanaya çatdırıb.
Hazırda E.Əhmədov xəstəxananın reanimasiya şöbəsindədir.
Onun vəziyyəti ağır kimi qiymətləndirilir.