Bakının Yasamal rayonunda hədə-qorxu yolu ilə pul tələb etmə cinayəti baş verib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, hadisə aprelin 15-də Yasamal rayonu Z.Adığözəlov küçəsində qeydə alınıb. Həmin ünvanda şəxsiyyəti məlum olmayan 2 nəfər Bakı şəhər sakini Aydın Salayevi bıçaqla hədələyərək pul verməsini tələb edib. Onun pulu olmadığından mobil telefonunu alıblar. Həmin şəxslər onunla birgə yaşadığı evin qarşısına gedərək telefonu qaytarıb pul gətirməsi üçün evə göndəriblər.
Hadisəni törətmiş Bakı şəhər sakini Rəsul Hüseynov A.Salayevin qohumları tərəfindən tutularaq polisə təhvil verilib. Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsi əməkdaşları tərəfindən aparılmış araşdırma zamanı digər iştirakçının Bakı şəhər sakini Ağabala Əsgərov olması müəyyən edilib.
Hacı Zeynalov