Bakıda külli miqdarda qanunsuz narkotik saxlamaqda ittiham olunan meyxanaçı, "Mahir Ay Brat" ləqəbi ilə tanınan Mahir Qonşuyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrlik etdiyi proses təxirə salınıb.
Hakim bildirib ki, Mahir Qonşuyevin vəkili məhkəmə iclasında iştirak etmir. Bu səbəbdən proses noyabrın 14-də davam edəcək.
Qeyd edək ki, meyxanaçının saxlanılarkən üzərində metamfetamin aşkar edilib.
Həmçinin onun sosial şəbəkələrdə gənclər və yeniyetmələr arasında cinayətkarlığı təbliğ edən musiqili meyxanalar paylaşdığı müəyyən edilib.
Mahir Qonşuyevə qarşı Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.
Hacı Zeynalov