Naxçıvan sakini tapdığı silah-sursatı polisə təhvil verib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Naxçıvanın Əliabad qəsəbə sakini Xuda İsmayılov tapdığı 1 ədəd “ORTSAN” markalı ov tüfəngini, 1 ədəd “Magnum” markalı qaz tapançasını, 1 ədəd “F-1” qumbarasını, 2244 ədəd müxtəlif çaplı patronları və 4 ədəd patron darağını könüllü olaraq Naxçıvan Şəhər Polis İdarəsinə təhvil verib.
Faktla bağlı araşdırma aparılır.