4 Noyabr 2023 10:44
745
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu Rayon İdarəsinin sabiq rəis Toğrul İsgəndərov və həmin idarənin sabiq rəis müavini Adil Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyi ilə baş tutan prosesdə prokuror çıxış edib.

Prokuror təqsirləndirilən şəxslərin hər birinin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, Toğrul İsgəndərov və Adil Hüseynov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həbs edilib.

Onların hər biri barəsində Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü (təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə ittiham verilib.

Qeyd olunan qurumun rəis müavini - səfərbərlik şöbəsinin rəisi Adil Hüseynovun saxta tibbi rəy əsasında hərbi xidmətə yararsızlıq müddətinin 3 il müddətinə uzadılması, həmin idarənin Sabunçu Rayon İdarəsinin Həqiqi hərbi xidmətə çağırış şöbəsinin rəisi Toğrul İsgəndərovun isə həqiqi hərbi xidmətə cəlb olunmama müqabilində rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər