Həbsdə olan ictimai fəal Bəxtiyar Havıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu barədə onun vəkili Aqil Layc bildirib.
Vəkil deyib ki, yaxın günlərdə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.
Qeyd edək ki, Bəxtiyar Hacıyev ötən ilin dekabr ayında həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 221.2.2 (xuliqanlıq), 289.1(məhkəməyə hörmətsizlik etmə), 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 320.1 (rəsmi sənəd saxtalaşdırma), 320.2 (bilə-bilə saxta sənədlərdən istifadə etmə) və 206-cı (qaçaqmalçılıq) və 213.1-ci (vergidən yayınma) maddələri ilə ittiham verilib.