Bakının Nəsimi rayonunda silahlı şəxs həbs edilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Şükür Əliyev tutulub. Ondan müvaviq sənədləri olmayan lüləsi və qundağı kəsilmiş ov tüfəngi və 1 patron götürülüb.
Cəlilabad rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bəcrəvan kənd sakini Rahat Babayevdən müvafiq sənədləri olmayan 1 ədəd nomrəsi silinmiş ov tüfəngi götürülüb.
Hacı Zeynalov