20 Dekabr 2023 14:49
959
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kanal 13” internet televiziyasının icraçı direktoru Əziz Orucovun həbsindən sonra onun rəhbərlik etdiyi onlayn media portalının bloklanması barədə qərar çıxarılıb.

Teleqraf.com xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Əziz Orucovun rəhbərlik etdiyi media portalına girişin məhdudlaşdırılması tələbilə məhkəmədə iddia qaldırıb.

Səbail rayon Məhkəməsinin qərarı ilə iddia təmin edib.

Qeyd edək ki, Əziz Orucov noyabrın 27-də saxlanılıb. Həmin gün onun evində və “Kanal 13”ün ofisində axtarış aparılıb. Ardından ona Cinayət Məcəlləsinin 188.2 (Mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) maddəsilə ittiham verilib, haqqında ilkin istintaq dövrü üçün 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Dekabrın 19-da Əziz Orucova Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə yeni ittiham verilib. O, xaricdən Azərbaycana bəyan edilmədən, qaçaqmal yolla pul gətirilməsində suçlanır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər