22 Yanvar 2015 07:01
729
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gecə Nərimanov rayonunda qəza baş verib.

APA-nın məlumatına görə, hadisə Məmməd Araz küçəsi ilə Şəmsi Bədəlbəyli küçələrinin kəsişməsində qeydə alınıb.

Fərid Aslanov sükanı arxasında olduğu "Mercedes" markalı minik avtomobili ilə yüksək sürətlə hərəkətdə olan zaman qarşısına çıxan "Daewoo" markalı avtomobillə toqquşub. İdarəetməni itirən sürücü daha sonra avtomobili yaşayış evinin darvazasına çırpıb.

Baş verən qəzada xəsarət alan olmasa da, hər iki maşına ciddi ziyan dəyib. Qəzadan sonra hər iki sürücü baş verən hadisəyə görə bir-birilərini günahkar biliblər. Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları gələnə kimi qəzaya səbəb olan Fərid Aslanov hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: