22 Yanvar 2015 12:54
714
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Qaradağ rayonunda “Yəhova şahidləri” dini təriqətini təbliğ etmiş şəxslər saxlanılıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, rayonunun Lökbatan qəsəbəsində yerləşən ticarət mərkəzində qəsəbə sakinləri Məhluqə Əhmədova və İsmayıl Bağırov “Yəhova şahidləri” dini təriqətini təbliğ etdikləri üçün Qaradağ Rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Onlar Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsinə təhvil veriliblər. Onlardan təbliği və yayılması qanunla qadağan olunmuş 10 ədəd dini kitab götürülüb və barələrində İnzibati Xətalar Məcəlləsinin 299-cu maddəsinə əsasən protokol tərtib edilib.

Hacı Zeynalov


Müəllif: