23 Yanvar 2015 13:50
1 027
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi Şirvan şəhərində baş verən dəhşətli qətl hadisəsi ilə bağlı məlumat yayıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə yanvarın 22-də Şirvan şəhərində qeydə alınıb. Sevinc Balakişiyevanın mənzilinə gəlmiş qayınatası Araz Kişiyev ona və özünə bıçaqla xəsarət yetirib. S.Məmmədova və A.Kişiyev hadisə yerində ölüblər.

Qeyd edək ki, Şirvan şəhərində dəhşətli cinayət hadisəsi baş verib. Hadisə şəhərin Rəsulzadə küçəsində yerləşən evlərdən birində baş verib. Şirvan şəhər sakini Araz Kişiyev və onun gəlini Sevinc Balakişiyevanın başı kəsilmiş meyitləri tapılıb.

Dərhal hadisə yerinə Şirvan şəhər Polis Şöbəsi və prokurorluq əməkdaşları gəlib. Hadisə yerində araşdırma aparan hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətin kim və hansı səbəbdən baş verməsini araşdırırlar.

Araşdırmalar zamanı isə baş verən dəhşətli cinayətin bəzi səbəbləri məlum olub. Qətlə yetirilən Araz Kişiyevin oğlu Elnur öldürülən Sevinc Balakişiyeva ilə qeyri-rəsmi münasibətdə olub. Verilən məlumata görə, Sevinclə Elnur uzun müddət Bakıda yaşayıblar. Əslən Gəncə şəhərindən olan Sevinc Balakişiyeva imkanlı olub.

Sevinc qeyri-rəsmi münasibətdə olduğu Elnura bu müddətdə xeyli pul xərcləyib. Sevincin pulunun qurtardığını görən Elnur sonradan Şirvan şəhərinə qayıdıb. Sevinc Balakişiyeva onun arxasınca Şirvan şəhərinə gələrək, ya münasibətlərini rəsmiləşdirməyi, ya da ona xərclədiyi pulları geri qaytarmağı tələb edib.

Bu səbəbdən onlar arasında uzun müddət münaqişə davam edib. Sevinc Balakişiyeva dəfələrlə Elnurdan hüquq-mühafizə orqanlarına şikayət edib. Bu müddətdə Sevinc Şirvanda kirayələdiyi evdə yaşayıb.

Münaqişədən bezən qayınata Araz Kişiyev Sevincin yaşadığı evə gələrək oğlundan əl çəkməsini tələb edib. Bu səbəbdən aralarında münaqişə yaranıb. Araz Kişiyev əvvəlcə Sevincə arxadan ürək nahiyəsinə bıçaqla zərbə endirərək qətlə yetirib. Daha sonra Araz Kişiyev öz boğazını kəsərək intihar edib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər