26 Yanvar 2015 13:14
904
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göyçay şəhərində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Göygöl rayon sakini Etibar Rəhimov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən şəhər sakini Mirəli Babayevi vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Daha bir yol qəzası İmişli rayonunda baş verib. Rayonunun Qulubəyli kəndində müəyyən edilməmiş avtomobillə yolu keçən Sumqayıt şəhər sakini Sahib Soltanov vurulub. Nəticədə piyada hadisə yerində ölüb.

Oxşar hadisə Samux rayonunun Qarayeri qəsəbəsində də qeydə alınıb. Gəncə şəhər sakini Rza Qasımov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən İstixana kənd sakini Bayram Qasımovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Paytaxtın Nizami rayonunun Babək prospektində Bakı şəhər sakini Aydın Cəlalov idarə etdiyi “Lexus” markalı avtomobillə yolu keçən paytaxt sakini Murad Əlifxanovu vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Nəsimi rayonunun 28 May küçəsində naməlum sürücünün idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən İsmayıllı rayon sakini Məhəmməd Həşimli vurulubr. Piyadaya xəstəxanaya yerləşdirlib. Oxşar hadisə Suraxanı rayonunun Əmircan qəsəbəsində də qeydə alınıb. Müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Vüsal Zeynalov vurulub. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilib.

Hacıqabul rayonunun Navahi kəndində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Aqil İbrahimov vurulub. Piyada xəsətxanaya yerləşdirilib.

Hacı Zeynalov


Müəllif: