Abşeron rayonunda faciəli yol qəzası baş verib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, hadisə Sulutəpə qəsəbəsində qeydə alınıb. Gədəbəy rayon sakini Anar Əsgərov idarə etdiyi “Daevoo” markalı avtomobillə yolu keçən Bakı şəhər sakinləri Vüsalə Qəmbərovanı və onun oğlu Vaqifi vurub.
Xəstəxanaya yerləşdirilmiş V.Qəmbərova və Vaqif orada ölüblər.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov