18 Mart 20:22
904
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində iki nəfər mübahisə zəminində bıçaqlanıb.

Teleqraf.com xəbər verir ki, 1995-ci il təvəllüdlü E.Əsgərov və 1985-ci il təvəllüdlü S.Məsimov mübahisə zəminində bıçaq xəsarətləri alıb.

Hər iki şəxs xəstəxanaya aparılıb.

Onların kim tərəfindən və hansı səbəbdən bıçaqlandığı hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com