Yevlax rayon sakini ictimai qaydanı pozduğu üçün həbs edilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, yanvarın 27-də Mingəçevir şəhər sakini Fərahim Əliyev Yevlax şəhərinin ərazisində ictimai qaydanı pozduğu üçün Yevlax rayon Polis Şöbəsinə gətirilib.
Ona məxsus “Niva” markalı avtomobilə baxış zamanı “Ekol YS-66” markalı pnevmatik tapança, “TOZ-16” markalı ov tüfəngi, 1 ədəd patrondaş, 7 ədəd patron və 1 ədəd bıçaq aşkar edilərək götürülüb.
Hacı Zeynalov