6 Aprel 11:31
1 332
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun həbsdə saxlama müddəti uzadılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Nərimanov Rayon Məhkəməsi qərar qəbul edib.

Məhkəmə prokurorun əsaslandırılmış təqdimatını təmin edib.

Qərara əsasən Tofiq Yaqublunun həbs müddəti 2 ay uzadılıb.

Xatırladaq ki, T. Yaqublu Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) maddələri ilə ittiham edilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər