13 İyun 23:35
1 015
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Əskişəhər şəhərində ata qızını və nəvəsini qətlə yetirib.

Teleqraf.com xəbər verir ki, polisə ifadəsində ata qızının ona qarşı münasibətinin dözülməz həddə çatdığını deyib.

Ata 31 yaşlı qızı Mərvə Karabaş və 7 yaşlı nəvəsi Alp Karabaşı tapança ilə güllələyib. Osman Nuri K. hadisədən sonra ətrafdakı vətəndaşlar tərəfindən döyülüb.

O, həyat yoldaşı ilə ayrılıq dönəmində qızı ilə yaşadığı problemlər ucbatından onu və nəvəsini öldürdüyünü deyib.

Osman Nuri K.-nın həyat yoldaşının Əskişəhərə gəlməsi və boşanma dövründə qızı ilə təxminən bir aya yaxın qalması Merve Karabaşa pis təsir edib. O, qızına qarşı düşmənçilik bəslədiyini və qətli məhz buna görə törətdiyini deyib.


Müəllif: Arzu

Oxşar xəbərlər