ABŞ prezidenti Co Baydenin oğlu Hantera silah saxlama ittihamı ilə noyabrın 13-də hökm oxunacaq.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Delaver Ştat Məhkəməsinin məlumatında qeyd olunub.
Noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkilərindən sonra Hanter Baydenə hökm oxunacaq.
Co Bayden 2025-ci il yanvarın 20-dək dövlət başçısı vəzifəsini icra edəcək.