8 Oktyabr 21:56
1 482
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada hədə qorxu yolu ilə 3 milyard rubl (52 milyon manat) tələb edən 5 vəkilə hökm oxunub.

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Moskvada Pokrovski Rayon Məhkəməsi hökm çıxarıb.

Hökmə əsasən, Vladislav Brajnikov, Aleksandr Voynaloviç, Aleksandr Qlazyrin, Genrix Xaçaturov və Gennadi Rodionov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 163-cü maddəsinin 3-cü hissəsi (“Xüsusilə külli miqdarda əmlak əldə etmək məqsədilə mütəşəkkil dəstə tərəfindən hədə-qorxu ilə tələb etmə”) və Cinayət Məcəlləsinin 309-cu maddəsinin 4-cü hissəsi ("Xüsusən külli miqdarda əmlak əldə etmək məqsədilə mütəşəkkil dəstə tərəfindən hədə-qorxu ilə tələb etmə") ilə təqsirli biliniblər.

Vladislav Brajnikov 13 il, Aleksandr Voynaloviç 11 il, Aleksandr Qlazyrin 10il 5 ay, Genrix Xaçaturov 8 il 5 ay və Gennadi Rodionov isə 8 il 5 ay azadlıqdan məhrum edilib.

Məhkəmə 2019-cu ildə təqsirləndirilən şəxslərin Krasnoyarsk diyarında və Rostov vilayətində kənd təsərrüfatı müəssisələrindən əmlakın qəsb edilməsi ilə məşğul olmaq üçün mütəşəkkil qrup yaratdıqları sübuta yetirilib.


Müəllif: Arzu

Oxşar xəbərlər