28 Oktyabr 22:03
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstriyada mer güllələnərək öldürülüb.

Bu barədə Teleqraf.com “Bild”ə istinadən xəbər verir.

Hadisə Kirhberq-ob-der-Donau şəhərində qeydə alınıb. Şəhərin 16 il işləyən meri Frans Hoferlə yanaşı daha bir şəxs də qətlə yetirilib.

Yerli polisin məlumatına görə, qətllərdə şübhəli bilinən şəxs şəhərin 56 yaşlı sakini Roland Drekslerdir.

Avstriya nəşrləri yazır ki, qətllərin motivi ov hüququ ilə bağlı münaqişələr ola bilər. Artıq polis bəzi yerli məmurları mühafizə altına alıb. Merin öldürüldüyü yerin mühasirəyə alındığı, qurbanların ikidən çox ola biləcəyi qeyd edilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər