2 Mart 2015 16:48
709
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oğuz rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Qarabucaq kəndində qeydə alınıb.

Kərimli kənd sakini Abdulla Ziyayev idarə etdiyi “Saipa” markalı avtomobillə yolu keçən kənd sakini Ləman Rəşidlini vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: