Bakının Qaradağ rayonunda dələduzluq faktını üstü açılıb.
Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Qaradağ rayon Polis İdarəsi 38-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü Akif Arif oğlu Gözəlov tutulub.
O, ötən ilin dekabr ayında Bakı şəhər sakinləri - Yusif Mirzəxanovdan 500 , 1992-ci il təvəllüdlü Vaqif Cəfərovdan 200 manat nağd pulu dələduzluq yolu ilə mənimsəməkdə şübhəli bilinib.
Hacı Zeynalov