Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ağır yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən 1983-cü il təvəllüdlü Əlixan Səfərovun cinayət işi üzrə proses başa çatıb.
Teleqraf.com xəbər verir ki, qəza keçən il iyul ayının 10-da Suraxanı rayonu Hövsan qəsəbəsində baş verib. “Volksvagen” markalı avtomobil manevr edərkən aşıb. Nəticədə sürücü 1983-cü il təvəllüdlü Ə.Səfərov, sərnişinlər - Rasim Əliyev, Mayisə Şirəliyeva, Əsgər Məhərrəmov ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onlardan Əsgər Məhərrəmovun həyatını xilas etmək mümkün olmayıb.
Ə.Səfərovun sürücülük vəsiqəsi olmayıb. Ona Cinayət Məcəlləsinin 263.3.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb. Məhkəmənin hökmü ilə Ə.Səfərov 7 il azadlıqdan məhrum edilib.
Hacı Zeynalov