10 Mart 2015 14:39
719
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda 20 gün əvvəl sirkə turşusundan zəhərlənən qadın xəstəxanada ölüb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, cari il fevral ayının 16-da Bakı şəhər sakini Mahirə Salahova evindən sirkə turşusundan zəhərlənmə ilə xəstəxanaya gətirilib. Ona tibbi yardım göstərilməsinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb. Qadın martın 9-da xəstəxanada ölüb.

Bundan başqa, martın 9-da Xəzər rayonunun Türkan qəsəbəsində yaşayan Xəyalə Vəliyeva dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər