12 Mart 2015 09:57
1 695
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Binəqədi Rayon Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Mehdi Hüseynzadə 16 ünvanında qeydə alınıb.

Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Aygün Xəlilova yaşadığı evdə bıçaqlanıb. Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

İlkin məlumata görə, Aygün Xəlilova Anar adlı tanışı tərəfindən bıçaqlanıb. O, Anar ilə qeyri-rəsmi münasibətdə olub. Hadisənin isə qısqanclıq zəminində törədildiyi ehtimal olunur.

Aygün Xəlilova bundan əvvəl ailə həyatı qurub və onun birinci rəsmi nikahından 2 uşağı olub. Aygün Xəlilova bir neçə il ailəsindən ayrılıb və bir neçə ay əvvəl Anar adlı şəxslə qeyri rəsmi yaşamağa başlayıb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər