12 Mart 2015 15:48
650
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində baş verən qanlı cinayətin səbəbkarı həbs edilib.

Bu barədə Teleqraf.com-a Gəncə Şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Nizami Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhərinin Gülüstan qəsəbəsi sakini İlkin Qasımov tutulub. O, martın 10-da Zirəddin Hüseynova bıçaqla xəsarət yetirməklə şübhəli bilinir.

Qeyd edək ki, Gəncə şəhərinə qonaq gedən Bakı şəhər sakini, 30 yaşlı Zirəddin Hüseynov bıçaqlanıb. O, bıçaq xəsarəti ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Cərrahiyə Şöbəsinə gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Hacı Zeynalov


Müəllif: