Bu gün Bakı Apelyasiya Məhkəməsində həbsdə olan teleaparıcı İlham Mirzəyev barəsində olan hökmdən verilən şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Faiq Qasımovun sədrlik etdiyi prosesdə İlham Mirzəyevin şikayəti təmin edilməyib.
Qeyd edək ki, Nərimanov Rayon Məhkəməsinin hökmü ilə İlham Mirzəyev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan İlham Mirzəyev apelyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
İlham Mirzəyev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunub.
Hacı Zeynalov