18 Mart 2015 09:21
745
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəran rayonu Lüvəsər kəndində vətəndaşa məxsus yaşayış evində yanğın baş verib.

Teleqraf.com-un FHN-nin saytına istinadən verdiyi məlumata görə, umumi sahəsi 240 kv.m olan ikimərtəbəli 4 otaqdan ibarət evin 2 otağı, aynabəndin yanar konsturuksiyaları, ev əşyaları və dam örtüyü 180 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğınsöndürənlər tərəfindən alovun qarşısı alınıb.


Müəllif: