Daxili İşlər Nazirliyi (DİN) Sumqayıtda baş verən qətllə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən əlumata görə, martın 19-da Sumqayıt şəhərindən şəhər sakini Esmira Hüseynova bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib və orada dünyasının dəyişib.
Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş E.Hüseynovanın keçmiş əri, əvvəllər məhkum olunmuş Zaur Hüseynov tutulub. Faktla bağlı araşdırma aparılır.