Sumqayıt şəhərində mağazadan oğurluq edən şəxslər tutulub.
Bu barədə Teleqraf.com-a Sumqayıt Şəhər Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, şəhər polis idarəsinin 1-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 19-da baş verən oğurluğun üstü açılıb.
Surxay Məhərrəmova məxsus mağazadan məişət əşyaları oğurlamış Sumqayıt şəhər sakinləri Ramil İbrahimov və Habil Məmmədov tutulublar. Hər iki şəxsin əvvəllər məhkumluq həyatı yaşamaları da məlum olub.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov