Saatlı rayonunda Türkiyə vətəndaşı qarət olunub.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Saatlı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində almış Saatlı şəhər sakini, əvvəllər məhkum olunmuş Rəsul Poluyev tutulub.
O, martın 22-də Türkiyə vətəndaşı Kartal Arifin 4000 manat və 1000 ABŞ dollarını, habelə 2 ədəd mobil telefonunu və sənədini quldurluq yolu ilə alıb.
Hacı Zeynalov