Bakının Nərimanov rayonu ərazisində faciəli hadisə baş verib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, rayon ərazisində yaşayan Rusiya Federasiyası vətəndaşı Yevgeniya İqnotenko mənzilində dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov