Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Tural Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı aprelin 6-na təyin edilib.
İttihama görə, Tural Sadıqov nisyə tikinti malları alıb, lakin pulunu ödəməyib. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə əsasən təqsirləndirilir.
Tural Sadıqov jurnalist Mahal İsmayıloğlunun oğludur.
Hacı Zeynalov