1 Aprel 2015 17:26
985
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Şaiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Əlisoltan Osmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Şaiq Hüseynov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin Xətai Rayon Şöbəsində keçmiş İcra məmuru Hüseyn Şaiq Şadman oğlu 12 aprel 2014-cü ildə həbs edilib. Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib. Ş. Hüseynov dələduzluqda ittiham olunur.

Sabunçu rayon, Bakıxanov qəsəbə sakini, 1977-ci il təvəllüdlü Səfərova Şölə Mirzəkişi qızı hüquq-mühafizə orqanlarına müraciət edərək 70 min manat pulunun dələduzluq yolu ilə mənimsənildiyini bildirib. Qadın qeyd edib ki, qardaşı bir müddət əvvəl həbs edilib. Qardaşının həbsdən azad edilməsi və ya cəzasının yüngülləşdirilməsi məqsədi ilə Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin Xətai Rayon Şöbəsində məhkəmə icraçısı işləyən, ədliyyə kapitanı Hüseyn Şaiq Şadman oğlu ilə tanış olub.

Ş.Hüseynov qadını ona kömək edəcəyinə inandırıb və ümumilikdə 70 min manat pul alıb. Ş.Səfərova daha sonra pulu geri istəsə də, buna nail ola bilməyib.

Şaiq Hüseynov keçmiş deputat, mərhum Şadman Hüseynovun oğludur.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər