3 Aprel 2015 14:21
684
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirli 1995-ci il təvəllüdlü Tofiq Fərəcovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hokum ilə Tofiq Fərəcov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Tofiq Fərocov keçən il martın 14-nə keçən gecə Yeni Günəşli qəsəbəsində yaşayan Ağasəf Əliyevə məxsus “VAZ-21074” markalı avtomobili qaçırıb. Həmin avtomobil elə həmin gün saat 11 radələrində B.Nuriyev küçəsində qabaq hissəsi əzilmiş vəziyyətdə tapılıb.

Həmin gün eyni ünvandan Rəşad Əbdülrəhimova məxsus “VAZ-2106” markalı avtomobili də qaçırıb və saat 08:30 radələrində İ. Məmmədov küçəsində qoyaraq gediblər. O, martın 26-na keçən gecə isə Yeni Günəşli qəsəbəsində yaşayan Ruslan Qasımova məxsus “VAZ-2106” markalı avtomobil qaçırıb və həmin avtomobil saat 08:50 radələrində Neapol dairəsi yaxınlığında maqnitofonu və səsgücləndiriciləri sökülmüş vəziyyətdə tapılıb.

Hacı Zeynalov


Müəllif: