3 Aprel 2015 15:51
688
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəzər rayonunun Binə qəsəbəsində mağazaya basqın edilib. Qəsəbə sakini Elnur Rzayevə məxsus mağazaya gəlmiş naməlum şəxs oradan qızıl əşyalar aparıb.

Teleqraf.com xəbər verir ki, Elnur Rzayev hadisə ilə bağlı Xəzər Rayon Polis İdarəsinin 2-ci bölməsinə şikayət edib.

Polis hadisəni törətmiş Bakı şəhər sakini İlqar Hacıağanı həbs edib. Ondan 0,18 qram heroin götürülüb.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun aprelin 1-də həmin qəsəbə sakini Könül Cavadovaya məxsus içərisində 200 manatı və qızıl sırğası olan çantasını oğurlaması da müəyyən edilib.

Hacı Zeynalov


Müəllif: