3 Aprel 2015 16:18
733
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mingəçevir şəhərində ağır yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Mingəçevir şəhər sakinləri Rafayel Məmmədovun idarə etdiyi “Hyundai”, Elgün Əzəmmədovun idarə etdiyi “VAZ-21012” və İzafət Quliyevin idarə etdiyi “Mitsubishi” markalı avtomobillər toqquşub.

Nəticədə xəsarət almış E.Əzəmmədov və sərnişini, habelə R.Məmmədov və sərnişini xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: